"Quba" baskebol klubu yoxlama görüşü keçirib. Prosport.Az xəbər verir ki, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv NTD ilə qarşılaşıb. Bölgə təmsilçisi bu oyunda rəqibinə 75:66 hesabı ilə qalib gəlib. Bu, "Quba"nın ilk qələbəsi olub.