Qadın basketbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, yığmamız C qrupundakı 4-cü matçında Litva ilə üz-üzə gələcək.
Polşanın Sosnovets şəhərində təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək. Yığmamız COP29 tədbirinə görə Polşada nominal meydan sahibi sayılacaq.
Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv daha əvvəl Litva (62:99), Polşa (51:105) və Belçikaya (28:136) uduzub.
