Misli Premyer Liqasında "Səbail" "Turan Tovuz"la qarşılaşıb.
Prosport.Az xəbər verir ki, "ASCO Arena"da reallaşan XIII turun qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar yalnız final fitinə 4 dəqiqə qalmış məğlubiyyətdən xilas ola bilib. Faiq Hacıyev komandasına 1 xal qazandıran qolun müəllifi olub.
Turnir cədvəlində "Turan Tovuz" 26 xalla 3-cü, Şahin Diniyevin istefasından sonra baş məşqçisiz qalmış "Səbail" isə 8 xalla 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Neftçi" "Şamaxı" ilə 2:2 bərabərə qalıb.

