UEFA Avropa Liqasının sosial şəbəkə hesabı "Qarabağ"ın futbolçusu Toral Bayramovun IV turda Norveçdə "Budö/Qlimt"ə vurduğu baxımlı qolla bağlı paylaşım edib.
Prosport.Az xəbər verir ki, qolun videosunun paylaşıldığı postun üzərində bu sözlər yazılıb: "Toral Bayramovdan cəsarət!".
Xatırladaq ki, dünən həmin qol turun ən yaxşısı seçilib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

