"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade UEFA Avropa Liqasının Liqa mərhələsində vurduğu zərbələrə görə ən yaxşılar sırasında qərarlaşıb.
Prosport.Az xəbər verir ki, kabo verdeli futbolçu qapı istiqamətində 13 dəqiq zərbə vurub və bu göstərici ilə Yunanıstanın "Olimpiakos" komandasının argentinalı dayaq yarımmüdafiəçisi Santyaqo Esse ilə 5-ci yeri bölüşür.
Qeyd edək ki, Patrik Andrade 2023-cü ildə "Partizan"dan "Qarabağ"a transfer olunub.

