Polşa çempionatında XV turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" "Poqon"un qonağı olub.
Matç futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.
"Radomyak" hazırda 16 xalla 13-cü pillədədir.

