"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair millisinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, futbolçu yığmasının noyabrın 14-də səfərdə Ekvatorial Qvineya və 3 gün sonra öz meydanında Liberiya ilə keçiriləcək oyunlarında forma geyinmək şansı qazanıb.
Qeyd edək ki, əlcəzairlilər 4 oyundan sonra maksimum nəticə ilə yer aldıqları qrupda lider mövqedə qərarlaşıb.

