Almaniya 2-ci Bundesliqasında XII turun oyunlarına start verilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Kayzerslautern"i qəbul edib. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 73-cü dəqiqədə yarımmüdafiəçi Lukas Şlayma ilə əvəzlənib.
Xallarını 18-ə yüksəldən "Nürnberq" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, bunadək Mahir Emreli son 4 oyunda qol vurmuşdu.

