Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Baş hakimin ixtiyarı var ki, mənə sarı vərəqə göstərsin" – Samir Abasov
    8.11.2024 18:22:17

    "Neftçi" Misli Premyer Liqasının XIII turunda doğma meydanda "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün o qədər möhtəşəmdir ki, Azərbaycanın hər yerində qeyd olunur. Oyuna gəldikdə, nəsə demək çox çətindir. İlk günlərlə müqaysiədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik, hansı problemlərlə üzləşəcəyik, onu dərk edib gəlmişik. İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stresi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. 2-ci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü. Bu gün biz "Neftçi" olaraq oyunların tempinə hələ ki tab gətirə bilmirik. Bu bizim görülən problemimizdir. Çalışacağıq. Milli fasilə var. Bəlkə bizə kömək oldu. Mən gələndən sonra analiz etsək, 2-ci hissədə hücum qurmaqda nə qədər əziyyət çəkirik. İşləyəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək. Edə bilsək, təbii ki... Matçdan əvvəl uşaqlara dedim ki, siz oyununuzdan həzz alsanız, aqressiv, templi oynasanız... Futboldur, rəqib standart vəziyyətlərdən qol vura bilər. Problemlər oyundan-oyuna daha da görünür. Çalışacağıq ki, rotasiyalar edə-edə, nələrsə fikirləşərək yaxşı vəziyyətə gələk.

    – İlk hissədə hesab 2:0 olanda, Dembo Darbo qapıya zərbə əvəzinə ötürmə etdi. Ofsayd vəziyyətindən sonra isə gülürdü. Bu, oyunun qırılma anı idi?
    – Epizoda uzaqdan baxırıq. Analiz etməliyik ki, nəsə fikir bildirək. Bəzi hallarda futbolçunu ötürmə vermədiyinə görə qınayırsan. Gülümsəməyinə gəldikdə, burada neqativ axtarmıram. Hesab da 2:0 idi. Bir az rahatlıq var idi. Çox əziyyət çəkdiyimiz məqamlar kiminsə qol vurması yox, son nöqtələrdə futbolçuların verdiyi qərarlardır. Problemlər üzə çıxır. Bəlkə də Darbo o qolu vursaydı, daha rahat olardıq.

    "Neftçi" elə klubdur ki, hər uğursuzluqda nişangaha baş məşqçi gəlir. Hazırda komandada ən ciddi problem fiziki məsələdir. Deyirlər ki, Samir Abasov da gəldi, dəyişən heç nə olmadı. Fiziki məsələ ilə bağlı planınız nədir?
    – Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, baş məşqçini dəyişib başqasını gətirməzdilər. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram. Situasiyadan çıxmaq istəyirik. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. Görəcək işlərimiz çoxdur. Nəsə deməyim düzgün çıxmaz. Etik deyil. Etik olsa da, "Neftçi" camiəsi üçün maraqlı deyil. Bunu anlayıram.

    – Yeqor Boqomolskini aşağılamaq kimi çıxmasın, onda nə görmüsünüz ki, şans verirsiniz?
    – Ümidləri doğrultmaqdan söhbət getmir. 90 dəqiqə oynasaydı da məşqçi üçün göstərici deyil ki, onun haqda qərar verək. Ümumi analiz etsək, Boqomolski girdiyi təhlükəli epizodlar filan, ritmdən düşmüş Darbodan daha yaxşı idi. 1-2 epizodda düzgün qərar versəydi, qol olardı. Biz nə istəyirik? Kimsə yorulubsa, tapşırıqları yerinə yetirmirsə, onu bir nəfərlə əvəzləməlisən. Boqomolski Darboya baxanda daha önə qaçan futbolçulardandır.

    – Azarkeşlər komandanı alqışlamadı. İlk oyundakı partlayışdan sonra sanki onların da ümidləri tükənib...
    – Qatı azarkeşlər? Burada olanda, olmayanda da, nə danışırlarsa, deyirlərsə nəsə axtarmaq günahdır. Bizim situasiyamızda baş məşqçi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz etmək ixtiyarımız var? Nə deyə bilərik? Hamısı özünə görə haqlıdır. Nə edirlərsə, düzgün edirlər.

    – "Sumqayıt"da olarkən "Neftçi"ni analiz etmisiniz. Bu komandaya gəldikdən sonra sizin üçün hansı durum daha dəhşətli gəlir?
    – Çiynimizə yük olsun ki, o durumdan çıxaq. Qalib gələ bilmirik hələ ki. "Sumqayıt"da baş məşqçi olanda, "Neftçi"nin içində deyildim, oyunçular haqda informasiyam yox idi. Burada baş məşqçinin istəyilə yığılan futbolçulardır. Mən dediklərim heç kimə maraqlı deyil. Əsas odur ki, vəziyyətdən çıxa bilək.

    – Sizcə, Murad Məmmədov gələcəkdə fərq yarada biləcək oyunçu ola bilər?
    – Muradda öz yaşına görə ən yaxşı xüsusiyyət çox futbol istəyi var. Oynamaq istəyir, aqressivdir. Belə futbolçular tez inkişaf edir. Bu xüsusiyyət ona inkişaf etməkdə təkan olacaq. Heç nədən çəkinmir. Murad oynadığı ilk hissədə yaxşı işlər gördü. Onun tərəfdən qapımıza da hücumlar getdi. Murad oynaya-oynaya artırmalıdır. Akademiyamızın futbolçusudur. Heç olmasa indiki situasiyada o cür futbolçular qazanarıq.

    – Oyunun sonları gərgin alındı. Media tribunasından eşitdiyimizə görə, baş hakim Rəvan Həmzəzadə sizə sarı vərəqə verə biləcəyini deyirdi...
    – Ümumiyyətlə, baş hakimin ixtiyarı var ki, ehtiyat skamyadan kimsə meydançaya daxil olsa, görmədiyi halda, mənə sarı vərəqə göstərsin. Ancaq həmin epizodda topu atmaq lazim idi. Fiziki hazırlıq üzrə məşqçimiz Cordano Domeniko da topu atarkən irəli çıxdığı üçün sarı vərəqə aldı.

    Futbol

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54
    Futbol

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30
    Futbol

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35
    Futbol

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03
    Futbol

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59
    Futbol

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Sərbəst güləşçilərimiz Avropa çempionatını 8 medalla tamamladı

    12.03.2026 00:15:47

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi – EKSKLÜZİV

    12.03.2026 00:00:46

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54

    Millimiz Bolqarıstana 80 xal fərqlə uduzdu

    11.03.2026 22:39:08

    Olimpiya çempionu Qazaxda avtoqraf verdi - FOTOLAR + VİDEO

    11.03.2026 22:13:44

    MOK-da yeni komitə yaradıldı, Azər Əliyev sədr təyin olundu

    11.03.2026 21:45:35

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35

    AFFA "Sabah"ın şikayətini təmin etmədi

    11.03.2026 16:45:12

    Bakıda keçiriləcək FIFA turnirinin biletləri satışda

    11.03.2026 16:16:09

    Bölgə təmsilçisində ayrılıq - Ölkəsinə qayıtdı

    11.03.2026 15:53:46

    Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

    11.03.2026 15:11:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved