Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azarkeşə zarafatca dedim ki, bəs, biz nə oynayırıq?" – Ayxan Abbasov
    8.11.2024 17:37:03

    "Şamaxı" Misli Premyer Liqasının XIII turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bu gün bayramdır. Prezident İlham Əliyev başda olmaqla hamımızı təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Oyuna gəlincə, xal qazanmaq istəyirdik. "Neftçi" də xal qazanaraq irəliləmək istəyirdi. Matça çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdi. İlk hissədə 3-cü qolu da vura bilərdik. 2-ci yarıda rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Georgi Kantaria yükün altına girdi, çünki oynaması sual altında idi. Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Bundan yaxşı istifadə edirlər. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vacib olacaq. "Neftçi"dən 1 xal götürmək uğurdur. Hamını təbrik edirəm.

    – Sizin karyeranızda da yəqin ilk belə hal idi. 4 dəqiqəyə niyə 2 qol buraxdınız?
    – Həqiqətən ilk dəfə belə halla üzləşirdim. Sürpriz oldu. Komandanın isinməsi siqnal verirdi ki, futbolçular oyuna yaxşı köklənib. Yaxşı şeylər gözləyirdik. Şans rəqib tərəfdə oldu. "Neftçi"nin futbolçusunun ustalığı idi. 2-ci qolda ofsayd xətti çəkmək bəlkə də çətin idi. 2 qolun arasında bizim də epizodumuz oldu. Bir anlıq mənə elə gəlirdi ki, futbolçularım ayılacaq. Belə oyunlar komandamız üçün böyük önəm kəsb edir. "Sabah"la matçda da belə olmuşdu. Demək ki, bacara bilirik. İlk hissədəki oyundan 5 dəqiqəni çıxmaqla razı qaldım.

    – Komandanız əla refleks göstərdi. Fasilədə təlimatınız nə idi?
    – 5 dəqiqəyə görə uşaqları tənbeh etdim. Futbolçulara bunu çatdırmaq lazımdır. Bilirdim ki, rəqib tempi yüksəldəcək. 2-ci hissədə ən real qol epizodu bizdə oldu. Hücumlarımız var idi. Bu gün rəqib "Neftçi"dir. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. "Neftçi"nin qələbəsi üçün komandamı qabağa çıxartmağımı istəyirlər. Deyir ki, futbol oynamırsınız, mən də zarafatca dedim, bəs nə oynayırıq? (gülür). Bilirdim ki, təzyiq olacaq. Futbolçulardan bu mübarizəni istəyirdim. Belə mübarizə olduqca, irəlidə yaxşı şeylər olacaq.

    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved