Azərbaycanın qadın basketbolçulardan ibarət yığması AVRO-2025-in qrup mərhələsində səfərdə Polşa yığması ilə üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, C qrupunda baş tutan qarşılaşma rəqibin 105:51 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99, növbəti görüşdə isə Belçikaya 28:136 hesabı ilə uduzub.
