Türkiyənin TRT telekanalı "Qarabağ" haqda sənədli film hazırlayıb.
Prosport.Az xəbər verir ki, film "Qol atan cəbhəyə" adlanır və 3 seriyadan ibarətdir.
Sənədli filmin ilk bölümü "Zəfər Günü"nün ildönümü ilə əlaqədar olaraq sabah "TRT Belgesel" telekanalında yayımlanacaq. İlk seriya Bakı vaxtı ilə saat 21:00-da efir üzü görəcək.

