Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurban Qurbanov üçün o qiymətə köynək geyinmək normaldır" – Veteran futbolçu
    7.11.2024 14:17:27

    “Təmsilçimiz texniki baxımdan, rəqib isə fiziki cəhətdən güclüdür. Maraqlı qarşılaşma olacaq. Məncə, “Qarabağ” bu gün qalib gələrək söz-söhbətlərə son qoyacaq”.

    Prosport.az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Mahir Şükürov deyib.

    Sabiq futbolçu bu gün “Qarabağ”ın Avropa Liqasında “Budö/Qlimt”ə qarşı keçirəcəyi səfər oyunundan qələbə ilə qayıdacağını söyləyib: “Düzdür, “Qarabağ” artıq 3 oyunda məğlub olub. Lakin həmişə səfərdə daha yaxşı çıxış edirlər. “Qarabağ” bu gün söz-söhbətlərə son qoyacaq. Ən azından 80% buna inanıram. Qurban Qurbanov da hər şeyin fərqindədir. 2 futbolçumuz oynamır, amma futbolda əsas və ya ehtiyat oyunçular deyə bir şey yoxdur. Əminəm ki, axşam həmin 2 futbolçunun yoxluğunu hiss etməyəcəyik. İnşallah, səfərdən qələbə ilə qayıdacağıq”.

    Şükürov “Qarabağ”ın ardıcıl məğlubiyyətlərini milli çempionatımızın səviyyəsinin aşağı olması ilə əlaqələndirib: “Hər kəs hazırda “Qarabağ”ı qınayır. Amma çempionatımız bu səviyyədədir, digər komandalarımız hər il Avropa Liqasına getmək uğrunda mübarizə aparıb, getdikdən 1-2 mərhələ sonra təkrar geri qayıdırlar. Hər il eyni ssenari təkrarlanır. Boşuna pulunuzu niyə xərcləyirsiniz ki?! Bizim ölkəyə futbolçu da gəlmir. Çünki gəlməmişdən öncə çempionatın atmosferinə, azarkeşlərə diqqət edirlər. Bizdə isə azarkeşlər çempionat matçlarına gəlmir. Futbolçu da gəlib, görür ki, azarkeş yoxdur, qalmaq istəmir. Ona görə futbolçuları tapmaq, eləcə də Azərbaycan çempionatında oynatmaq çətindir. Bəzi klublara baxıram, harada lazım olmayan legionerlər var, yığıb gətiriblər. Ad olsun ki, legioner oyunçularımız var. Elə olduqda təbii ki, çıxıb böyük arenalarda heç nə edə bilməyəcəklər”.

    O, Qurban Qurbanovu istefaya səsləyənlərə də münasibət bildirib: “Keçən oyun bəzi azarkeşlər Qurban Qurbanovu istefaya səslədi. Onların ümumiyyətlə, futboldan anlayışının olmadığını düşünürəm. Bu insan illərdir ki, komandadadır. Qurbandan başqa hansı məşqçimiz Avropada irəli gedir?! Yaxşı, deyək ki, onu da istefaya göndərdiniz. Guya başqa məşqçi gəlib, “sehirli çubuğ"u ilə nəsə edib, “Qarabağ”ı irəli aparacaq? Həmişə demişəm ki, Qurbanov “Qarabağ” üçün, “Qarabağ” da Qurbanov üçün yaradılıb. Futbolu bilən hər kəs də bu fikri dəstəkləyər. İnşallah, bundan sonra da axıra qədər birlikdə davam edərlər. Bizdə insanı bir günün içində qaldırıb, eyni şəkildə də yerə vura bilirlər. Qurbanovun bu günə qədərki əziyyətlərini unutmaq lazım deyil. Hazırda onu pisləyənlər dünənə kimi tərifləyəndir. Bu insan köynək geyindi, başladılar qiymətini yazmağa. Yazanlar kimlərdir, kimin sifarişi ilə işləyirlər – hamımız yaxşı bilirik. Neçə illərdir ki, futbolçu və məşqçi olmuş biri üçün o qiymətə köynək geyinmək normaldır. Belə şeyləri yazaraq, gözdən salmağa çalışmaq ayıbdır. Gedib Azərbaycan çempionatının səviyyəsini qaldırsınlar”.

    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved