Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"a məğlub olub.
Prosport.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 48-ci dəqiqədə "Araz-Naxçıvan"ın kapitanı Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.
Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla 4-cüdür. Naxçıvan klubu isə bu qələbədən sonra xallarını 27-yə yüksəldib və "Turan Tovuz"u keçərək 2-ci pilləyə yüksəlib.

