Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Sumqayıt" tam heyətlə gəlsəydi belə, qalib gələn biz olacaqdıq" – Məşqçi fikirləri
    4.11.2024 09:08:08

    Azərbaycan Basketbol Liqasının III turunda keçirilən oyunlardan sonra baş məşqçilər fikirlərini bildirib:

    Prosport.Az onları təqdim edir:

    "Quba" – "Lənkəran" 81:86

    Şəhriyar Əsgərov ("Quba"): “Yaxşı idik, sadəcə məğlub olduq. Rotasiyalar az idi. Məqsədimizə çatmağa az qalmışdıq.  Rəqib də yaxşı oynadı. 4-cü periodda qalibiyyətə yaxın idik. Sonda hakimin mübahisəli hücum foulu planlarımızı alt-üst etdi. Rəqibi təbrik edirəm, çox gözəl oynadılar. Əfsuslar olsun ki, yenə uduzduq. Oyunçularıma ruhdan düşməməyi və gələcəyə nikbin baxmağı məsləhət görürəm. Yaxşı olacağına inanıram. Düzdür, rəqiblərimizin hamısı güclüdür. Çalışacağıq ki, hər şey yaxşı olsun. Sadəcə, rotasiya məsələsi var. Çalışacağıq ki, qələbə qazanaq”.

    Georgi Kondruseviç ("Lənkəran"): “Yaratdığımız vəziyyətlər “Sumqayıt”la matçdan daha yaxşı idi. Amma çox çalışmaq lazımdır. Problemlər var və bunları həll etməliyik. Amma komandanın matça köklənməyi çox yaxşı idi. İnanıram ki, bu hər zaman belə olacaq. Bu oyunun gedişinə çox təsir etdi. Bizim üçün çətin oldu. “Quba”nın qələbəsi yox idi və bu səbəbdən də əllərindən gələni edirdilər. Bütün oyunçularımın çıxışını bəyəndim. Heç kimi fərləndirməyəcəyəm. Çünki biz bütöv bir bir komandayıq”.

    "Şəki" – "Sumqayıt" 101:61

    Bedri Meriç ("Şəki"): "İlk növbədə oyunçularımı təbrik edirəm. Çox istəkli idilər. Qələbə qazanacağımıza çox inanırdıq. İlk 2 oyunda müdafiədə səhvlərimiz vardı. Bir az onu düzəltdik. Rəqibin əksik heyətlə Şəkiyə gəlməsinin də bunda rolu oldu. Ancaq biz də həqiqətən əla oynadıq. Məncə, rəqib tam heyətlə gəlsəydi belə, qələbə qazanan tərəf biz olacaqdıq. Çünki oyunçular, dediyim kimi, çox istəkli idi. 5 oyunçumuz 10 xal və çox atışlar etdi. Bu da komandanın hamısının bu qələbədə payının olduğunu göstərir. Ərcan Donat 8 xal qazandı. Belə davam etsək, qrupda, xüsusən Şəkidə keçirdiyimiz oyunlarda favorit biz olacağıq. Tariel Yusifzadə dünən komandaya qoşuldu. Açığı, onu oynada bilərdik. Ancaq komanda oyunçularını tanıma vaxtına ehtiyacı var. Qarşıdakı fasilədən yararlanıb bu adaptasiyanı da keçəcək".

    Aleksandr Mixaylov ("Sumqayıt"): "Ribaundları uduzduq və bu da rəqibin fərqi artırmasına səbəb oldu. Oyunçular belə vəziyyətlərdə bir-birinə dəstək olmalıdır. Rəqibin də oyununu təqdir etmək lazımdır. Əla hücumlar qurdular. Dəqiqlik faizləri də yüksək idi. Biz isə dəfələrlə hücumdan boş dönürdük. Nəyisə dəyişmək istədik, bir ara xal fərqinin də çox da artmasına imkan vermədik... Nəsə bəhanə axtarmağa dəyməz. Belə çətin vəziyyətlərdə oyuna tam köklənmək lazımdır. Belə məğlubiyyəti kənardan izləmək üzücüdür. Epizodik məqamlarda yaxşı oynadıq, amma ümumilikdə zəif təsir bağışladıq. Bəli, zədəli oyunçularımızın yoxluğu da müəyyən mənada öz sözünü dedi. Bəlkə də onlar meydanda olsaydı, qarşımızda fərqli mənzərə yaranacaqdı. Amma istənilən halda xarakter nümayiş etdirmək lazımdır".

    "Abşeron" – "Sabah" 59:75

    Ərhan Toker ("Abşeron"): "Əslində rəqib hazırda ideal durumda deyildi. Qələbə də qazana bilərdik. Lakin biz kasad heyəti olan komandayıq. Ümumi olaraq oyunumuzu inkişaf etdirmişik. Heç də pis oynamadıq. Komandam yaxşı təsir bağışladı. Amma dəqiqələr keçdikcə onların heyət genişliyi öz sözünü dedi. Biz istədiyimiz rotasiyanı edə bilmirdik. Bir də onu söyləyim ki, bizim qarşımızda qoyulan əsas hədəflərdən biri də gənclərin oynamasıdır. Bu isə bəzən dezavontaja gətirib çıxarır. Bizim də daha təcrübəli yerli oyunçumuz olsaydı, oyun sona qədər daha bərabər mübarizə şəraitində gedə bilərdi. Buna baxmayaraq, böyük bir zaman kəsiyində bərabər oyunu davam etdirdik. "Sabah" çox yaxşı təşkilatlanmış, yaxşı oyunçulara sahib bir komandadır. Onlara qarşı belə oyun göstərdiyimizə görə məmnunam... Abşeron Olimpiya İdman Kompleksində ilk oyunumuz idi. İzləməyə gələn çox oldu. Bunun "Sabah"la da bağlılığı ola bilər. Onlar güclü və çempion komandadır. Bəlkə onları da izləmək üçün gəliblər. Hər hansı səbəb fərq etmir. Bu bizi sevindirir və ümid edirik ki, bizim digər ev oyunlarına da dəstək üçün arenaya gələcəklər".

    Rimas Kurtinaytis ("Sabah"): “Zədə səbəbindən 2 ucaboy basketbolçumuz – DeAndre Vilyams və Artyom Butyankovun xidmətindən istifadə edə bilmədik. İlk 2 periodda yaxşı çıxış etməsək də, layiqli qələbə qazandıq. Bu oyun bizim üçün “asan gəzinti” olmadı. Zədəli oyunçularımızın çoxluğu səbəbindən əsas heyət üzvlərinə istirahət verə bilmədim. Gərgin qrafikə görə oyunçulara bir qədər dincəlmək imkanı verəcəyəm. “Marussi” ilə oyuna qədər güc toplamalıyıq. DeAndre bu dəfə də oynamayacaq. Məşqdə zədələnən Artyomun isə “Marussi” ilə oyuna kimi sıraya qayıdacağına ümid edirəm”.

     

    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved