Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov İsveçə köçə bilər.
Prosport.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Myalbü”nün transfer siyahısındadır.
İsveç Yüksək Liqasında çıxış edən klub qışda Məmmədovu “Radomiak”dan heyətinə qatmağı planlaşdırır. Rahilin Polşa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, hazırkı komandasına bu yay keçib. Millimizin futbolçusu “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə”, LKS klublarında oynayıb.
Qeyd edək ki, Məmmədovu heyətinə qatmaq istəyən “Myalbü” 29 turdan sonra 5-ci pillədədir.

