“Sabah” Misli Premyer Liqasının XIII turunun oyununa ciddi itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, Masazır təmsilçisi Coy-Lens Mikelsin xidmətindən istifadə edə bilməyəcək.
Almaniyalı futbolçu cəzalı duruma düşüb. XII turun “Sumqayıt”la görüşünün (0:1) 62-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılan Mikels "Kəpəz”"ə oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" görüşü saat 19:30-da başlayacaq.

