"Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada "Hamburq"la heç-heçə etdikləri XI turun matçından sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı hücumçu İnstaqram hesabında almanca paylaşım edib.
Sözügedən qarşılaşmada fərqlənən forvard fanatlara təşəkkür edib: "Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən bu komanda ilə fəxr edirəm".
Qeyd edək ki, "Hamburq" – "Nürnberq" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. "Nürnberq" XII tur çərçivəsində noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.

