Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "O, təcrübə baxımından məndən öndədir" - Qurban Qurbanov
    1.11.2024 21:42:29

    "Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunun "Turan Tovuz"la görüşündən (0:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

    - Qarşıdakı matçınız "Budö/Qlimt"lə olacaq. Onlar da süni ot örtüyündə oynayır. "Turan Tovuz"la görüş bu mənada yaxşı oldu?

    - Haradasa belə düşünmək olar. Meydança amili, təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu. Futbolçuların hazırlıq səviyyəsi də düzəlir.

    - Yassin Benzyanın oynamamasının səbəbi nə idi?

    - Əzələsində ağrılar hiss etdi. İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 gündən sonra düzəlməlidir.

    - Leandro Andrade matçın ilk hissəsində zədələndiyinə görə meydandan çıxarıldı. Onun durumu nə yerdədir? 

    - Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz.

    - Azərbaycan Premyer Liqasında hər oyun bu cür keçərsə, sizə faydalı olar?

    - Tək özümüzü düşünmürük. Hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündür. Bu gün belə mübarizə gözlənilirdi. Temp demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun üslubu var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım.

    - Qurban Berdiyev kimi məşqçinin burada olması, sizinlə rəqabət aparmasının futbolumuza təsiri necədir?

    - Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadır. Belə insanların Azərbaycanda olması, əlbəttə ki, faydalıdır. Onun burada olmasına ancaq pozitiv baxıram.

    Futbol

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44
    Futbol

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35
    Futbol

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56
    Futbol

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39
    Futbol

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58
    Futbol

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Mənim iyirmi yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55

    "Mən bu medalı qaçırmamalı idim" – Ümid Salmanov

    28.07.2026 19:01:33

    Azərbaycan Bakıdakı dünya çempionatında ilk medalını qazandı

    28.07.2026 18:44:59

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35

    Dünya çempionatı: Daha 2 güləşçimiz finalda, 1-i uduzdu

    28.07.2026 17:50:30

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    28.07.2026 15:50:16

    Türkiyənin güləş əfsanəsi Bakıya gəlib

    28.07.2026 15:44:17

    Millimizdən 2-ci qələbə: Bu dəfə Portuqaliya məğlub edildi

    28.07.2026 15:01:09

    "Qarabağ" üçün yeni tərəfdaş: Müqavilə imzalandı - FOTOLAR

    28.07.2026 14:37:15

    "Qurban Qurbanov bu komandanı sıfırdan qurub" - Simeon Slavçev

    28.07.2026 14:10:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved