Moldova milli komandasının UEFA Millətlər Liqası çərçivəsində səfərdə noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqlə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Prosport.Az xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçisi Denis Marandiçi ilə “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram baş məşqçi tərəfindən yığmaya çağırılıb.
Onlar noyabrın 11-dən 20-dək Moldova millisinin düşərgəsində olacaqlar.

