17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-17) Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Betambur şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiya komandasının 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə edib.
Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburq seçməsinə qarşı keçirəcək.

