"Sabah" FIBA Avropa Kubokunda növbəti oyununda da məğlub olub.
Prosport.Az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan çempionu G qrupunda Belçika təmsilçisi "Spiru"ya 68:78 hesabı ilə uduzub.
Görüş Bakı İdman Sarayında baş tutub.
Qeyd edək ki, komandalar arasında ilk matçda da belçikalılar doğma meydanda 82:81 hesabı ilə qələbə qazanmışdı. Azərbaycan təmsilçisi həmçinin evdə "Marussi"yə (Yunanıstan) 70:82, "Norşöpinq Dolfins"ə (İsveç) 70:74 hesabı ilə uduzub. Komandamız 4 xalla qrupda sonuncudur.
