Polşa Kubokunun 1/16 final mərhələsinin bir sıra oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” doğma meydanda "Şlyonsk"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb. Bu məğlubiyyətdən sonra Rahilin komandası kubokdakı iştirakını dayandırıb.

