“Sərhədçi” yeni basketbolçu transfer edib.
Prosport,Az xəbər verir ki, paytaxt klubu ABŞ-li oyunçu Ceyms Houtornla anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Houtorn artıq “Sərhədçi”nin heyətində debüt də edib. O, ötən gün “Naxçıvan”a qarşı keçirilən görüşdə meydana çıxıb.
Qeyd edək ki, Ceyms Houtorn ötən mövsümü də Azərbaycanda keçirib. ABŞ-li basketbolçu “Neftçi”nin şərəfini qoruyub.
