Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Bu fasilə bizə pis təsir edəcək" – Türk məşqçi fikirləri
    30.10.2024 11:21:47

    “Naxçıvan” basketbol klubu "Sərhədçi"yə Azərbaycan Basketbol Liqasının III turunda 83:66 qalib gəlib.

    Prosport.Az oyunla bağlı hər iki komandanın türkiyəli baş məşqçisinin fikirlərini təqdim edir:

    Murat Dikmən ("Naxçıvan"): "İlk olaraq rəqib komandanı təbrik edirəm. Həqiqətən onlar da yaxşı mübarizə apardı. Dəyərli bir qalibiyyət əldə etdik. Həm çempionatdakı ilk 3 matçda 3 qələbə qazanmaq, həm də yaxşı basketbol oynamaq bizim üçün çox vacib idi. Hər həftə daha da yaxşı çıxış edəcəyimi bildirmişdim. Keçən həftə yaxşı oyun sərgiləmədən qələbə qazandıq. Bu məni qane etmirdi. Amma bu oyunun ilk dəqiqəsindən sonuna qədər yaxşı mübarizə apardıq. Yaxşı müdafiə olunduğumuzu düşünürəm. Rəqibimizi 66 xalda saxlamaq bizim üçün çox önəmlidir. Hədəflərimiz həqiqətən çox böyükdür. Bu qrup yaxşı kollektivlərdən ibarətdir. Artıq önümüzdəki “Abşeron” BK ilə olan matça baxacağıq. O matça kimi 3 həftəlik fasilə olmağı bizim üçün pis oldu. Yaxşı bir ritm yaxalamışdıq, lakin bu fasilə bizə pis təsir edəcək. Amma bu bütün komandalar üçün keçərlidir. Ümid edirəm ki, “Abşeron” matçı ilə qaldığımız yerdən davam edərik. Yaxşı yoldayıq. Oyunçularım bir-birilərinə uyğunlaşmış durumdadır. Komandamdan razıyam".

    Evren Alkaya ("Sərhədçi"): “Çətin oyun olacağını bilirdik. “Naxçıvan” komandası bizdən daha əvvəl toplandı. Ötən mövsüm də heyətində oynamış 2 basketbolçunu saxladığı üçün sistemi rahat qura bildilər. Oyuna əslində çox yaxşı başladıq. Səbətin altında istədiyimiz xalları qazandıq. Amma müdafiədə bəsit səhvlər etdik. Hücumlar zamanı oyunçu yerdəyişmələrində ciddi xətalara yol verdik. Rəqib də bundan istifadə edib 3 xallıq atışlarla önə keçdi. Yaxşı müdafiə olunmamaq səbəbindən hücum və müdafiə intizamını qoruya bilmədik. Lazımlı oyunçu dəyişiklikləri ilə daha yaxşı olacağıq. Oyunçularımızın üstü səviyyəyə gələcəyinə inanıram. Yeni aldığımız oyunçu da 2 gündür ki, buradadır və adaptasiya keçə bilməyib. Qarşıdakı 1 ayda hazırlaşıb liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik. Komanda olmaq elə də asan deyil. 10-12 oyunçu bir yerə gəlib eyni şeyləri etməyə çalışır. Bunu qurmaq üçün də zaman lazımdır. Dediyim kimi bir neçə oyunçu dəyişikliyi ilə komandamızı yaxşı səviyyəyə çıxaracağıq. Əksiklərimizi yaxşı gördük”.

    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved