"Neftçi"nin köhnə-yeni baş məşqçisi Samir Abasov "Sumqayıt"dan yaxşı tanıdığı daha bir futbolçunu gündəminə alıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, o, israilli yarımmüdafiəçi Roy Kehatdan sonra Səbuhi Abdullazadəni də paytaxta gətirmək niyyətindədir.
Mütəxəssis 2 ilə yaxın müddət ərzində rəhbərliyi altında çıxış etmiş 2001-ci il təvəllüdlü orta sahə oyunçusuna onunla bağlı planını açıqlayıb.
"Sumqayıt"ın yetirməsi olan Səbuhi Abdullazadənin hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Müxtəlif şəxslər vasitəsilə onunla əlaqə quran Samir Abbasov uzunmüddətli sözləşmə bağlamaq istədiklərini bildirib.

