Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şamaxı"nın qapısına təyin olunmuş penalti səhv idi – Frank De Blekere açıqladı
    28.10.2024 17:54:16

    AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turundakı oyunlarda mübahisəli epizodlarları şərh edib.

    Prosport.Az xəbər verir ki, o, ilk olaraq "Turan Tovuz"un "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi matça toxunub.

    Blekere hər kontaktın qayda pozuntusu olmadığını bildirib: "13-cü dəqiqədə cərimə meydançasının daxilində “Turan Tovuz”un oyunçusu Denis Marandiçi və “Kəpəz”in futbolçusu Nicat Süleymanov arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un üzvünün sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi. Hər kontakt qayda pozuntusu deyil. Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR mudaxiləsi edilmir".

    O, sözügedən qarşılaşmanın 15-ci dəqiqəsindəki epizod haqqında bunları söyləyib: “Turan Tovuz” komandasının 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi. 56-cı dəqiqədə isə “Turan Tovuz”un kapitanı Kristian da Silva top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusuna yol verdi. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu 2-ci sarı vərəqə ilə meydandan qovmamaq qərarını düzgün qəbul etdi. Oyunçunu 2-ci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır – qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manevrada olmalıdır (“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə alıb)".

    AFFA Hakimlər Komitəsinin sədri "Qarabağ"ın "Şamaxı"ya 3 cavabsız qolla qalib gəldiyi matçın 48-ci dəqiqəsində yaşanan epizodla bağlı bunları vurğulayıb: "Hakim “Qarabağ” komandasının lehinə penalti qərarını verir. VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi".

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved