Kişi həndbolçulardan ibarət “Kür” klubunun avrokuboklardakı növbəti rəqibi sabah bəlli olacaq.
Prosport.Az xəbər verir ki, EHF Avropa Kubokunda 1/16 final mərhələsinin püşkatması oktyabrın 29-da keçiriləcək.
2-ci mərhələni uğurla adlayan 32 komanda 16 cüt təşkil edəcək. Bu raundun ilk görüşləri noyabrın 23-24-də baş tutacaq. Cavab qarşılaşmaları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan çempionu olan Mingəçevir təmsilçisi 1/32 final mərhələsində “Parnassios”u (Kipr) hər iki matçda məğlub edib – 35:31, 32:29.
