Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Neftçi"nin baş məşqçisi: "Bizə bir balaca vaxt lazımdır" – FİKİRLƏR
    28.10.2024 09:07:57

    Azərbaycan Basketbol Liqasında II tura yekun vurulub.

    Prosport.Az 26 və 27 oktyabrda keçirilmiş turdan sonra məşqçi fikirlərini təqdim edir:

    "Ordu" – "Şəki" 104:84

    Alberto Blanko ("Ordu"): “İlk hissəni çox yaxşı oynadıq. Fasilədən sonra da işlər pis getmirdi. Yalnız 3-cü period xoşuma gəlmədi. Çünki ilk 2 hissədəki kimi oynaya bilmədik. Bu hissə hesabında rəqibdən geri qalırdıq. Mən istəyirəm ki, hər zaman bu günkü oyunun ilk periodlarındakı kimi oynayaq. İlk oyunla müqayisdə komandamda ciddi fərq görmürəm. Amma hər bir məqamın üstündə işləyəcəyəik ki, lazımi formaya düşək. Mən elə bir məşqçiyəm ki, səhvlərin üzərində çox dayanıram və onların tez bir zamanda aradan qaldırılmasını istəyirəm. Bütün diqqətimizi öz inkişafımıza yönəltməliyik".

    Bedri Meriç ("Şəki"): "Məğlub olduğumuz üçün məyusuq. Rəqibimiz mənim basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı. 75% 3 xallıq atışlar dəqiq oldu. Onlarda Rüstəm Əliyev yerli oyunçu kimi dəqiq 3 xallıq atışlar etdi. 21 nömrəli oyunçuları Ayzaya Poup matçın qırılma nöqtəsində əsas söz sahibi oldu. Amma biz də müdafiədə çoxlu səhvlərə yol verdik. Komandamız yeni olduğu üçün bunu məşqlərlə düzəltməyə ehtiyacımız var. Məşqləri müdafiə üzərindən quracağıq. İnşallah, "Sumqayıt"la ev oyunumuzda daha yaxşı "Şəki" görəcəyik".

    "Sərhədçi" – "Abşeron" 79:70

    Evrən Alkaya ("Sərhədçi"): “Matça istədiyimiz kimi başladıq. Səbət altından və kənarından yaxşı epizodlar yaxaladıq və dəyərləndirməyi bacardıq. Bizim də əcnəbi heyətimizin məhdud olması səbəbindən “Abşeron”a bəzən hesab arasındakı fərqi azaltmaq imkanı verdik. Amma oyunçularımın təcrübəsi sayəsində və düzgün zamanda doğru epizodları dəyərləndirərək matçda qələbə qazandıq. “Abşeron”un məşqçisini təbrik edirəm, çox yaxşı heyət qurub. Sonuna qədər mübarizə aparan bir komanda idi. Biz də çalışacağıq ki, daha yaxşı olaq”.

    Ərhan Tokər ("Abşeron"): "Oyunun ilk dövrəsini çox pis oynadıq. Xüsusilə yaxşı müdafiə olunmadıq. Çox cəhd etməyimizə baxmayaraq, hücumda da effektiv ola bilmədik. Bir sözlə, zəif təsir bağışladıq. Matçın sonunda komandamız özünə gəlməyə başladı və fərq azaldı. Deməzdim ki, rəqib rahatlaşdı. 2-ci dövrə bəzi müdafiə dəyişiklikləri etdik. Sərt oynadıq. Dolayısı ilə üstünlüyü ələ aldıq və rahat xallar qazandıq. Buna baxmayaraq, yenə də üstünlük bizdə olarkən belə kritik səhvlər etdik. Bu da sonda nəticəyə öz təsirini göstərdi. Ümumi olaraq deyə bilərəm ki, müdafiədə problemlər qalmaqda davam edir. Yoxlama oyunlarında özlərini yaxşı tərəfdən göstərən bəzi basketbolçularımızdan da çempionat oyununda istədiyimizi ala bilmirik. Hazırlıqlarımızı bu yöndə davam etdirib qarşıdakı matça köklənəcəyik".

    "Neftçi" – "Sabah" 75:93

    Anar Sarıyev ("Neftçi"): "Çox güclü, avrokuboklarda mübarizə aparan bir rəqibə qarşı oynadıq. Biz də komanda olaraq tam gücümüzlə, bütün heyətlə mübarizə apardıq. Düşünürəm ki, bəzi səhvlərimizi aradan qaldıra bilsəydik və həm hücum, həm də müdafiədə daha aqressiv, daha ağıllı oynasaydıq, oyun başqa cür ola bilərdi. Ancaq yenə də müdafiədə və hücumda olan səhvlərimizin üzərində daha çox işləməliyik. İnanıram ki, çox yaxşı komanda olacağıq. Bizə bir balaca vaxt lazımdır. Məncə, artıq 3-cü oyuna daha yaxşı və hazırlıqlı çıxacağıq. Deyə bilərəm ki, ilk oyuna nisbətən 2-ci matçda daha yaxşı oynadıq. Ancaq daha təcrübəli komandaya qarşı çıxş edirdik deyə,  bizim üçün bir az çətin oldu. Ümidvaram ki, növbəti oyunlarda daha yaxşı nəticə göstərə biləcəyik".

    Rimas Kurtinaytis ("Sabah"): “Hər oyundan nəticə çıxarmaq lazımdır. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım. Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidir. Bunun üzərində işləməyə davam edəcəyik. “Spiru” ilə qarşıdakı avrokubok oyununa gəlincə, Belçika klubu yaxşı mübariz əzmi olan komandadır. Bacarıqlı gənc oyunçuları var. Daxili çempionatlarında da işləri yaxşı gedir. Yerli oyunçularının səviyyəsi yaxşıdır. “Marussi”dən ustalıq səviyyəsində geri qalsalar da, xarakter nümayiş etdirib qələbə qazandılar. Lakin biz də azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik ki, qalib gələk”.

    "Gəncə" – "Quba" 90:62

    Halil Atlı ("Gəncə"): "Qazandığımız qələbədə verdikləri dəstəyə görə azarkeşlərimizə təşəkkür edirəm. Bizi mövsümün ilk ev oyununda tək buraxmadılar, tribunaları doldurmuşdular. Onların dəstəyinə çempionat boyunca ehtiyacımız var. Oyunçularıma apardıqları mübarizəyə görə minnətdaram. Asan oyun olmadı. İlk turda uduzan və bu gün qalib gəlməyə çalışan "Quba"ya qarşı oynadıq. Yaxşı çıxış etdilər. Həftə ərzində məşqlərdə uşaqlara necə oynamalı olduğumuzu bildirmişdik. Onlar da tapşırıqları yerinə yetirdi. Zədədən geri dönən Cəbrayıl Əkbərova da şans verdik. İnanıram ki, növbəti matçlarda bizə daha çox kömək edəcək. Ayrıca olaraq köməkçilərimə də təşəkkür edirəm".

    Şəhriyar Əsgərov ("Quba"): "Əslində, yaxşı hazırlaşmışdıq. Sadəcə, oyunumuz alınmadı. İlk period və 2-ci periodun ortalarına qədər müəyyən qədər müqavimət göstərdik. "Gəncə"nin basketbolçuları boy sarıdan bizdən daha uca idi. Amma onlar topu yaxşı çevirdi, setlərdən yaxşı istifadə etdilər. Bizim hücumlarımız isə istədiyimiz qədər alınmadı. Ümumiyyətlə, amerikalı oyunçularımızın bugünkü oyunundan çox narazıyam. Demək olar ki, "Gəncə" ilə görüşdə heç nə ilə yadda qalmadılar. Uzun oyunçularımız bütün aspektlərdə uduzdu. Məğlubiyyətin əsas səbəbi əcnəbi basketbolçularımızın çox aşağı səviyyədə oynaması idi. Özümüzün də bəzi taktiki səhvləri oldu. Ona görə də komandamız sonda uduzdu. Artıq bu oyun da geridə qaldı. Amma bu oyunu analiz edəcəyik, səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Qarşıda III tur var. "Lənkəran"la görüşə hazırlaşacağıq. Həmin oyunda qalib gəlməyə çalışacağıq".

    Top oyunları

    Millimiz Xorvatiyaya bu heyətlə yollandı - ADLAR

    23.07.2026 16:14:01
    Top oyunları

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39
    Basketbol

    Azərbaycan klubu tanınmış legioneri ilə müqaviləni yenilədi

    20.07.2026 12:49:52
    Top oyunları

    "Neftçi" "Beşiktaş"ın sabiq oyunçusu ilə gücləndi – FOTO

    19.07.2026 20:39:14
    Basketbol

    "Neftçi SOCAR" Bakı mərhələsi ilə 1/4 finalda vidalaşdı

    19.07.2026 18:10:57
    Basketbol

    Millimiz mübarizəni dayandırdı

    18.07.2026 20:17:56
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin heyəti açıqlanıb

    23.07.2026 19:41:14

    "Qarabağ" - MOİK: HEYƏTLƏR

    23.07.2026 19:02:47

    Azərbaycan komandası Avropa Universitet Oyunlarının yarımfinalında

    23.07.2026 18:16:24

    "Araz-Naxçıvan" Bakını tərk edir

    23.07.2026 17:41:35

    Bakıdakı dünya çempionatının sponsorları bilindi

    23.07.2026 17:13:35

    "Qarabağ"ın rəqibi portuqaliyalı müdafiəçi ilə maraqlanır

    23.07.2026 16:48:45

    Millimiz Xorvatiyaya bu heyətlə yollandı - ADLAR

    23.07.2026 16:14:01

    Azərbaycan Premyer Liqası və Kubokunda mövsümün tam TƏQVİMİ

    23.07.2026 15:45:39

    Mamadu Kane Azərbaycana qayıtdı

    23.07.2026 15:06:23

    I Liqa klubunda yeni təyinat

    23.07.2026 14:40:21

    Niderlandın yığmasının sabiq müdafiəçisi "Şəfa"da - FOTOLAR

    23.07.2026 14:13:03

    Eto "Qarabağ"a qarşı oynamayacaq

    23.07.2026 13:42:01

    Toral Bayramov "Bursaspor"da legioner sayılmaya bilər

    23.07.2026 13:15:01

    "Dinamo" Bakıda unikal rekorda imza atdı

    23.07.2026 12:45:56

    "Zirə"dən ayrılan futbolçu Almaniya klununa keçdi

    23.07.2026 12:12:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved