Azərbaycan Basketbol Liqasında II tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, A qrupunda lider "Sabah" "Neftçi"yə ardıcıl 2-ci məğlubiyyət yaşadıb – 93:75.
B qrupunda "Gəncə" 2-ci qələbəsini "Quba" üzərində qazanıb – 90:62.
Qeyd edək ki, II turda "Naxçıvan" NTD-ni (72:71), "Lənkəran" "Sumqayıt"ı (93:71), "Ordu" "Şəki"ni (104:84), "Sərhədçi" isə "Abşeron"nu (79:70) məğlub edib. A qrupunda "Sabah", B-də "Ordu" 4 xalla liderlik edir.
