Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bugünkü penalti yüngül, asan idi" – Qurban Qurbanov
    27.10.2024 22:27:24

    "Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. İlk hissədə çox yaxşı müdafiə olunmuş komandaya qarşı oynayırdıq. "Şamaxı" çox sıx, çox kompakt oynayırdı. Ona görə ilk hissədə 1, ya 2 qol epizodumuz oldu. 2-ci hissə daha açıq oyun getdi. Futbolçularımıza oynamaq daha rahat oldu. Vacib qələbə idi. Hər qələbə çempionatdakı yerimizi qoruyub-saxlamağımız üçün vacibdir. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Oyunun əvvəlində mənə və komandama dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XI turunun “Şamaxı” ilə oyunundan (3:0) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – "Zirə" "Azərsun Arena"da məskunlaşdığı üçün oyununuz Tofiq Bəhramovda keçirdiniz, yoxsa başqa səbəb var?
    – 
    Xeyr. Bir az meydançada təmir işləri gedir. Ot örtüyü ilə bağlıdır. Orada 2 meydançamız var: məşq və oyun. Bu ay ola bilər ki, həmin meydançalarımız təmir edilsin və oyunlarımızı burada keçirək.

    – Juninyuya istirahət vermişdiniz?
    – 
    Son oyunda əzələsində bir az ağrı hiss etdi. Həkimlər çox da risk etməyin tərəfdarı olmadı. Ona görə heç heyətə daxil etməmişdik. 

    – "Şamaxı"nın qapısına təyin edilən penalti qərarı barədə fikriniz necədir? Digər məşqçilər hakimlikdən çox şikayətçidir. Onların performansında eniş var?
    – 
    Əfsuslar olsun ki, nə qədər futboldan danışılırsa, bir o qədər də hakimlikdən danışılır. Bu heç yaxşı hal deyil. Dünya futboluna baxsaq, hər yerdə eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, bizim düşüncəmizlə düzdür demək, hansı epizodda hakimin qərarının düzgün olduğunu düşünmək olar. Elə qaydalar deyirlər ki, biz onu bilmirik, görməmişik, eşitməmişik. Kitabla elə şeylər deyirlər ki, belə qalırıq. Bəli, elə bugünkü penalti də yüngül, asan penalti idi. Amma ümumən avrokuboklardakı son oyunda gördüklərimdən sonra öz hakimlərimizə deyəcək söz yoxdur. İşlərini görürlər. Həmişə tərəfdarı olmuşam ki, bəsit sarı, qırmızı vərəqələr verilməsin. Çünki hər bir komanda həftəboyu hazırlaşır ki, hansısa oyun üslubunu qursun, rəqabət göstərsin. Ancaq görürsən ki, bəsit sarı vərəqə oyunçunu ehtiyatlandırır və 2-ci sarı vərəqədən sonra komanda azlıqda qalır, bütün planlar pozulur. Burada həm futbolçuların, məşqçinin, rəhbərliyin əziyyəti heç olub gedir. Futbol çox kapriz idman növüdür. Hakimlik də ağır peşədir. Hamımız mən qarışıq gedək hakimliyin üstünə, onlar da çətinlik çəkə bilər. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi o qədər dayandı ki, futbolçularım bəlkə yorğun idi. Amma yorğun halda da tempi gərək qaldırmaq qabiliyyətində olsunlar. Oyun sanki çox dayandı, pauzalar çox idi. Hakimlərdə də, bizdə də, futbolumuzda da temp qalxmalıdır. Çox cüzi olaraq hakimləri qınayıram. Çünki onların peşəsi çox ağırdır, qayda-qanunlar var.

    – Avropa Liqasındakı ardıcıl 3 məğlubiyyət komandada ruh düşkünlüyünə səbəb olmayıb?
    – 
    Hər məğlubiyyətdən sonra istər-istəməz ruh düşkünlüyü olur. Amma bizim işimiz bir günlə, 1-2 oyunla bitmir. İlboyu oyunlarımız, mübarizəmiz davam edir. Belə hallarla biz hər il üzləşirik. Çalışmışıq ki, məğlubiyyətləri doğru qəbul edərək, səhvlərimizi özümüz görərək onları aradan qaldıraq. Bu vəziyyətdən də çıxmağa çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda bu məqam bizim üçün bir o qədər də psixoloji sarıdan mane olmayacaq. Biz peşəkarıq, peşəkar kimi davranmağa çalışırıq. Meydana çıxmışıqsa, məğlubiyyətdən də qaça bilmərik. Əksinə, digər oyunlara necə hazırlaşacağıqsa, onu tez bir zamanda ələ almaq lazımdır. Ruh düşkünlüyü olsa da... Belə oyunlardan sonra həmişə olacaq. Çalışırıq ki, digər oyunlarda bunu hiss etməyək.

    – Avropa Liqasındakı digər rəqiblərinizi indidən təhlil etməyə başlamısınız?
    – 
    Ümumən bütün rəqiblərin oyunlarına baxmışam, hər biri haqda məlumatım var. Amma tam olaraq, həmin oyuna hazırlaşdığımız müddətdə analiz edəcəyik.

    – Maksimum nə qədər xal toplamaq fikriniz var? Hədəfləriniz nədir?
    – 
    Hədəfimiz hər növbəti oyuna hazırlaşmaqdır. 

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved