Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "9 oyun qalib gəlməmək zarafat deyil" – Samir Abasov
    27.10.2024 19:49:21

    "Meydana qələbə üçün çıxmışdıq. Artıq geriyə yolumuz da yoxdur. Hər oyuna da bu cür çıxacağıq. Bunun üçün hər şeyi etdik... Bu suallara komandanın içində aydınlıq gətirəcəyik. Nə lazımdırsa, onu da edəcəyik, bunun üzərində dayanayacağıq. İlk hissədə yaxşı futbol oynamağa çalışırdıq. Bəzi epizodlarda sanki risk etməkdən, top itirməkdən çəkinirdik. Daha da qabağa getməkdən ehtiyatlanırdıq. Bəlkə də komandada bundan qabaq baş vermiş proseslərdəndir. Proses deyəndə ki, qalibiyyətsizlik, uduzmaqları nəzərdə tuturam. Yavaş-yavaş futbolçulara da dedim ki, belə psixoloji durumu bu oyunlarla aşa bilərik. Qalib gəlsəydik, daha yaxşı olardı. Bugünkü 1 xala görə futbolçularımı təbrik edirəm. Güc sərf etdilər. Sizi əmin edirəm ki, bu deyilik, daha yaxşı olacağıq. İstəmirəm bu sözün üzərində dayanım ki, bizə zaman lazımdır. Çalışacağıq ki, tez edək".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XI turunun “Sabah”la oyunundan (0:0) sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

    – Ötən oyunun ən yaxşılarından olan Alfa Konte bu gün ehtiyatda qalmışdı. Sirr deyilsə, onu 2-ci hissədə dönüş yaratmaq üçün saxlamışdınız, yoxsa məşqlərdə özünü göstərməmişdi?
    – 
    Heç biri. Əlimizdə 20-21 futbolçumuz var. Onlar arasında zədəlilər də yox deyil. Futbolçuları bu cür komandada tonusda saxlamaq lazımdır. Mən gələnə qədər Lebon Kilan oynayırdı. Kim nəyə qadirdir, kim hansı komandaya qarşı nə edə bilər, bunlar mənim üçün də informasiya olmalıdır. Bütün futbolçuları yoxlamalı, oynatmalıyam. Bütün futbolçulardan razıyam, rotasiyalar olacaq. Hansısa futbolçu buradan gedəndə, mənə də sualları olacaq, insandır. Sual verə bilər ki, məni harada oynatdınız, hansı oyunda gördünüz... Bunlara da cavab tapmaq üçün onların hamısını yoxlamalıyıq. Hamısı eyni səviyyədə olan futbolçulardır. Bu cür komandalarda futbolçuları tonusda saxlamalıyıq.

    – 2-ci hissədəki sönük oyununuzun səbəbi fiziki cəhətdən yorğunçuluq idi?
    – 
    Fiziki durumdan danışmaq istəmirəm. Problemlər varsa, onları həll edəcəyik. Məşqlərdə tam başqa oluruq, oyunda tam başqa şeylərlə rastlaşdıq. Bayaq dediyim kimi, əsas məqam uduzmamaq, qol buraxmamaq məsələsi var. 

    – Yəqin ki, təqvimə nəzər salmısınız. Qarşıdakı 4 ev oyununda neçə xal qazansanız, bunu uğur sayarsınız?
    – 
    İndi elə durumdayıq ki, düşdüyümüz vəziyyət kritik idi. Yaxşı deyildi. Bu gün qalib gəlirsən, amma səndən irəlidə gedənlər də qalib gəlir. İndiki vəziyyətdə prioritetimiz onlara qaçıb çatmaq olacaqsa... Çox şeyləri edə bilməmək qorxusu da var. Bu gün penaltidən qol buraxsaydıq, ondan sonra tam psixoloji "ölməyimizə" səbəb olardı. Biz başqa yön seçmişik ki, hər oyuna məşqlərdə hazırlaşaq. 

    – Yeqor Boqomolski haqda hansı fikirdəsiniz? Siz də ona şans verdiniz. Ümid edirsiniz ki, komandaya kömək edə bilər?
    – 
    Futbolçular oynadıqca tonusda qalmalıdır. Qarşıdakı oyunda kimsə sarı vərəqə ilə cəzalandırıla, başqasına ehtiyacımız ola bilər. Bu cür komandada hamını tonusda saxlamalısan. Futbolçuları tanımaq üçün oynatmalıyam. Məşqlərdə də onları görürəm. İndiyə qədər gördüyüm mənzərə odur ki, bütün futbolçularımdan razıyam.

    – Emin Mahmudovun əvvəlki performansını görməyi üçün ona nə qədər vaxt lazımdır?
    – 
    Emin ötən oyunda da 90 dəqiqə oynadı. O, digər futbolçularımız kimi önəmli üzvümüzdür. Eminin bugünkü gündə digər futbolçulardan mənim üçün üstün cəhəti onlardan futbolçu olaraq seçilməsi deyil, sadəcə mənimlə işləyib, nə istədiyimi bilir. O rahatlığı Emində görürəm. Bunu meydanda digər futbolçulara da çatdıra bilər. Məşqlərdə də görürəm ki, Emin oynamaq üçün alışıb-yanır. Ondan da çox razıyam.

    – Futbolçularınız məğlub libasını əyinlərindən tam söküb ata bilib?
    – 
    Xeyr, hələ ata bilməyiblər. Bəzi futbolçularda bu açıq-aşkar sezilir. Bəzi futbolçularda məşqdə və oyunda tam əksini görürsən. Qalibiyyət gəldikcə, hər şey öz yerinə oturacaq. 9 oyun qalib gəlməmək zarafat deyil. Əlbəttə ki, bu məqam futbolçulara psixoloji olaraq təsir edir. Yəni, "yenə uduzub haralara düşə bilərik" qorxusu var. Çalışırıq ki, birlikdə bunu aradan qaldıraq. "Sabah"la oyun bizim üçün çox önəmli idi. Düzdür, faciə baş verməyib. Amma ən azından bu psixoloji durumu pik nöqtəyə çatdırmaq üçün bu cür oyunlarda qalib gəlməyə başlamalıyıq. Onlar da insandır, onlar üçün də çətindir. İndiki problem xal itirmək qorxusudur. Bunu aradan qaldırmalıyıq.

    – Qapı mövqeyində rəqabət necədir?
    – 
    Emil Balayev ağır zədədən çıxıb. Özü də 1 yox, 2 zədədən. Onun üçün bərpa dövrüdür. Köməkçilərimlə tam hiss etsək ki, Emil psixoloji olaraq hazırdır, o da şans qazanacaq. Amma bu gün hamısına şans verək deyə, təhlükəyə də ata bilmərik. Futbolçular tam hazır olsun, digər matçlarda görəcəyik.

    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved