Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm" – Rəşad Sadıqov
    26.10.2024 18:20:13

    "Zirə" Misli Premyer Liqasının XI turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Yüksək yerlər uğrunda mübarizə aparan 2 komanda oynadı. Meydanda amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. 2-ci hissədə əks-hücumlardan istifadə edib 2-ci qolu vura bilərdik. Amma olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. Hesab 1:1 olandan sonra da hücum edən tərəf idik. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə oyunda 1 xal da pis deyil.

    – Fuad Bayramov oyun ərzində sizi narazı salırdı. Narazı qaldığınız hansı məqamlar idi?
    – Mübarizə aparırdı. Topla oyunda itkiləri var idi. Uzun müddətdir ki, oynamır. Ola bilsin, oyun ritmindən düşüb. Amma istəkli idi. Sadəcə, topla daha yaxşı ola bilərdi.

    – Penalti epizodunu necə şərh edəcəksiniz?
    – Ola bilər, qaydalarla penaltidir, haqlı qərardır. Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdur. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm.

    – 3 turdur ki, qələbə qazana bilmirsiniz. Avrokuboklardan qalan yorğunluq səbəb ola bilər?
    – Bu oyunları necə keçirmişik? "Turan Tovuz"un qapısı qarşısında 6 epizodumuz var idi. Bu gün qələbəyə daha yaxın tərəf biz idik. Sonda absurd qol buraxdıq. Sadəcə, bu turlarda bizimlə müqayisədə rəqiblər daha uğurludur. Rəqiblərimiz cərimə meydançasından dabanla qol vurur. 90-cı dəqiqədə qol buraxırıq. Bu tip hadisələri keçən il də yaşamışıq. Təcrübəmiz var. Səbirli olmalıyıq. "Turan Tovuz"dan yaxşı oynadıq, "Sabah"la da başabaş mübarizə apardıq. Oyun baxımından problemimz yoxdur. Oyunumuzu inkişaf etdirməliyik.

    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Futbol

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved