Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hakimlərin ədalətinə inanmıram" – Azər Bağırov "od püskürdü"
    25.10.2024 22:14:14

    "Hamı üçün maraqlı oyun oldu. Sadəcə, sonda bəzi nüanslar çatmadı. Düşünürəm ki, uşaqlar bu gün yaxşı oynadı. Mənim üçün bəzi sürprizlər də oldu, bəzi yaxşı cəhətlər də var idi. Futbolçularıma təşəkkür edirəm. Yerdə qalan məsələləri də yəqin, özünüz görüb, dəyərləndirib, qiymət verəcəksiniz".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının XI turunun "Turan Tovuz"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – 1 xalın son anda əldən çıxmasını nə ilə əlaqələndirirsiniz?
    – Son 2 dəqiqədə olmayan cərimə zərbələri verildi. Epizoda təkrar baxın, Rauf Hüseynli meydanın mərkəzində sürüşmə fəndi edəndə, cərimə var idisə, daha heç nə demirəm. Olmayan cərimələr qapımız tərəfə verilirsə, belə də olacaq. Ondan da çətin duruma düşəcəyik. Hakimlərin ədalətinə inanmıram.

    – Komandanın psixoloji durumu necə olacaq?
    – 
    Komandanın psixoloji problemi yoxdur. Bu məğlubiyyət heç bir təsir də göstərə bilməz. Uşaqlar da gördülər ki, futbol necə olur. Futbol oynadılar. Hər iki hissədə maraqlı mübarizə apardılar. Hissəyə bölsək, bizim uşaqlar daha üstün oynadı. Yerdə qalan məsələləri deyə bilmərəm. "Qarabağ"la oyunda da qapımızda olan və ya olmayan epizodlar... Buradan hakimlərə təşəkkür etmək istəyirəm. Amma bir şeyi də əlavə edim ki, ən böyük hakim Allahdır. Hər şeyin vaxtı var.

    – Hakimlərin qərarları ədaləti pozur? Komandalarımız avrokuboklara çıxanda fərqli mənzərələr ortaya çıxır...
    – 
    Sadəcə, mediada o barədə çox danışmaq istəmirlər. Biz məşqçilərin işlərini çox kölgəyə salan da onlardır. Bugünkü matçın 40-cı dəqiqəsində epizod var, Avropa Liqası oyunu olsaydı, hakimlər penalti verərdi. Bizim hakimlər isə sağ olsunlar. Mənim üçün adil olan hakim Allahdır. Hər şeyin vaxtı var. Allah hər şeyi görür və hər şeyi gec-tez qiymətləndirəcək.

    – Bu cür qərəzli qərarlar davam edərsə, necə olacaq?
    – 
    Bu gün nəyisə deyim, etiraf edim... Hər oyunun vaxtı var. Hakimlər bu cür axıra qədər davam edəcək. Öz işlərində olsunlar. Görək, axırı necə olacaq. Mən hər şeyi onların insafına buraxıram. "Qarabağ"la görüşdə epizodumuz penalti deyildi? 90% adam deyir ki, penalti var idi. Paşunun ayağını tapdaladılar. Avrokuboklarda arxadan azca zərbə vurdular, penalti nöqtəsini göstərdilər. Heç kim də müzakirə etmədi. Bizim liqada isə futbolçunun ayağını tapdalayırlar... Bu gün 40-cı dəqiqədə epizod var. Ona baxın. Keçən dəfə hakim meydançada nədən danışırdı? Deyir ki, niyyəti onu vurmaq deyildi. Ay qardaş, sən onun niyyətini hardan bilirsən? Mən gözümü yumaraq, kimisə vurum. Sonra deyim ki, niyyətim o deyildi? Bu nə qədər doğrudur? 2 dəqiqə meydançada futbol oynamısan ki, onun niyyətindən danışasan? Meydançada 5 dəqiqə futbol oynasan, bilərdin ki, futbolçunun niyyəti var idi, ya yox. Ona görə birinci hakimlər 5 dəqiqə futbol oynamalıdır, sonra bilməlidir ki, niyyəti düz idi, ya yox. Futbolçu digərini vurur. Hakim deyir ki, onun niyyəti vurmaq deyildi. Niyyətin haradan bilə-bilərsən? Gülüncdür.

    Futbol

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44
    Futbol

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35
    Futbol

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56
    Futbol

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39
    Futbol

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58
    Futbol

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Mənim iyirmi yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55

    "Mən bu medalı qaçırmamalı idim" – Ümid Salmanov

    28.07.2026 19:01:33

    Azərbaycan Bakıdakı dünya çempionatında ilk medalını qazandı

    28.07.2026 18:44:59

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35

    Dünya çempionatı: Daha 2 güləşçimiz finalda, 1-i uduzdu

    28.07.2026 17:50:30

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    28.07.2026 15:50:16

    Türkiyənin güləş əfsanəsi Bakıya gəlib

    28.07.2026 15:44:17

    Millimizdən 2-ci qələbə: Bu dəfə Portuqaliya məğlub edildi

    28.07.2026 15:01:09

    "Qarabağ" üçün yeni tərəfdaş: Müqavilə imzalandı - FOTOLAR

    28.07.2026 14:37:15

    "Qurban Qurbanov bu komandanı sıfırdan qurub" - Simeon Slavçev

    28.07.2026 14:10:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved