“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək.
O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.
Qeyd edək ki, karyerasını yayda başa vuran Vasili Çkareuli buna qədər "Suxumi"nin U-22 komandasının baş məşqçisi və Zaza Paçulia adına Basketbol Akademiyasında məşqçi kimi fəaliyyət göstərib.
