Azərbaycandan daha 3 şəxs Avropa Voleybol Konfederasiyasında (CEV) vəzifə alıb.
Prosport.Az-ın xəbərinə görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova yenidən sözügedən beynəlxalq qurumun Avropa Tibb Komissiyasına üzv seçilib.
Həmçinin, AVF İdarə Heyətinin üzvü Elqar Bağırov Avropa Çimərlik Voleybolu Komissiyasında təmsil olunacaq. Federasiyanın baş koordinatoru Zöhrab Gözəlbəyli Maliyyə Komissiyasının üzvlüyünə seçilib.
AVF-nin müxtəlif komissiyalar üçün namizədliyini irəli sürdüyü Hakimlər Komitəsinin sədri Eldar Zülfüqarov, icraçı direktor Vüqar Hüseynzadə və baş katib Faiq Orucov isə seçilə bilməyib.
Qeyd edək ki, daha əvvəl avqustda AVF prezidentinin müşaviri Cəlil Cəfərov CEV İdarə Heyətinin təkrarən üzvü seçilmişdi.

