"Şəki" basketbol klubu növbəti əcnəbi transferini rəsmiləşdirib.
Prosport.Az-ın xəbərinə görə, 25 yaşlı oyun qurucusu (guard) Roti Veyr transfer olunub.
Ötən mövsümü Kiprin PAEEK klubunda keçirmiş basketbolçu "Şəki"də 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Şəki" daha əvvəl legionerlərdən Kris Barton, Karl Conz, Aleks Koldvell və Coş Robinsonu transfer edib.
