Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Növbəti ölkə çempionatı üçün reqlament və mükafat fondu dəyişdirildi
    5.10.2024 22:57:14

    Azərbaycan Şahmat Federasiyası (AŞF) növbəti ilin ölkə çempionatının mükafat fondu və reqlamentini açıqlayıb.

    Prosport.Az xəbər verir ki, ölkə çempionatında yüksək rəqabətin yaranması və milli üzvlərinin, o cümlədən yığmaya namizədlərin yarışda iştirakının təmin edilməsi üçün aparıcı şahmatçılarla müzakirələrdən sonra yeni reqlament seçilib.

    2025-ci ildə kişilər və qadınlar arasında Azərbaycan çempionatı 31 yanvar – 15 fevral aralığında keçiriləcək. Kişilərin yarışına milli komandanın üzvləri, son Azərbaycan çempionatının yarımfinalçıları, FIDE reytinqinə əsasən ən yüksək reytinqli şahmatçılar (14 iştirakçı) və I dəstədə yüksək nəticə göstərən 5 şahmatçı buraxılacaq.
    Qadınların yarışında millinin üzvləri, son ölkə çempionu, FIDE reytinqinə əsasən ən yüksək reytinqli 8 azərbaycanlı şahmatçı və I dəstədə yüksək nəticə göstərən 2 iştirakçı mübarizə aparacaq.

    Azərbaycan çempionatı olimpiya sistemi üzrə təşkil ediləcək. Turnir FIDE qaydalarına əsasən keçiriləcək və 5 turdan ibarət olacaq. Turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breklərdən ibarətdir. İştirakçıların qeydiyyatı 9-16 oktyabr tarixlərində aparılacaq.

    AŞF həmçinin Azərbaycan çempionatları tarixində rekord sayılacaq mükafat fondu təyin edib. Kişilərin yarışında 60 min, qadınların çempionatında isə 30 min manat mükafat fondu olacaq. Mübarizəni daha maraqlı etmək üçün klassik partiyada tay-brek olmadan mərhələ adlayan şahmatçının hər biri əlavə bonus – pul mükafatı qazanacaq. Azərbaycan çempionatının qalibi olacaq şahmatçı milli komandaya vəsiqə qazanacaq.

    Yeni reqlamentin əsas məqsədi Azərbaycan çempionatında ölkənin ən güclü şahmatçılarının iştirakını təmin etməkdir.

    Digər idman növləri

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30
    Stolüstü oyunlar

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29
    Digər idman növləri

    Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazandı

    19.11.2026 18:54:08
    Digər idman növləri

    Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımı ilə bağlı görüş

    19.11.2026 15:44:18
    Digər idman növləri

    İdmançılarımız Türkiyədə birinci oldular

    17.11.2026 22:49:08
    Kikboksinq

    Azərbaycanlı məşqçi 2-ci dəfə Avropanın ən yaxşısı oldu

    17.11.2026 17:48:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved