"Gəncə" basketbol klubu heyətini növbəti ABŞ-li oyunçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, qərb təmsilçisi Corc Petersonla anlaşıb.
Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 1.88 metr boyunda olan Corc Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu Asiya ölkəsində "Hanoy Bafalos" klubunun şərəfini qoruyub.

