Yeni mövsümə hazırlığı davam etdirən “Ordu” klubu növbəti transferini həyata keçirib.
Prosport.Az xəbər verir ki, debütant amerikalı basketbolçu Reni Qrifinlə anlaşıb.
Son mövsümü ölkəmizin digər klubu NTD ilə bürünc medal qazanmış oyunçu bundan sonra "hərbçilər"in uğurları üçün çalışacaq. 1.90 metr boya malik oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Ordu" daha əvvəl Roke Blanko, Camaure Qreqq, Emil Əliyev və Rüstəm Əliyevi heyətinə qatdığını açıqlayıb.
