Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Yeni komandam Moskva ÇSKA-sına bənzəyən komandadır" – "Ordu"nun ispaniyalı baş məşqçisi
    25.09.2024 17:28:53

    “Federasiya məndən kömək istədi və qarşıya qoyduğum şərt heyətin yaradılmasında sərbəstliyin verilməsi idi. Buradan Roke ilə bağlı sual da yaranır və o, ilk peşəkar müqaviləsinə hazır olduğuna qərar verdi”.

    Prosport.Az-ın xəbərinə görə, bunu 20 yaşadək (U-20) oğlan millimizin və yeni yaradılmış "Ordu" klubunun baş məşqçisi Alberto Blanko deyib.

    İspaniyanın Qalisiya vilayətinin Bilaqarsia de Arousa şəhərindən ötən ilin dekabrından böyüklərdən ibarət yığmada (Tahir Baxşıyevin köməkçilərindən biridir – red.) çalışan ilk məşqçi kimi tarixə düşmüş Alberto Blanko oğlu Roke Blankonun peşəkar basketbolçu kimi karyerasını Azərbaycanda davam etdirməsi ilə bağlı danışıb. O, "Bilaqarsia" komandasında oynasa da, ilk peşəkar müqaviləsini "Ordu" ilə bağlayıb: “Oğlumun burada olması ilə fəxr edirəm, baxmayaraq ki, o, əcnəbi oyunçu olduğu üçün imkanlarının çox olmaya biləcəyini bilir. Bu, həyatımda heç vaxt unuda bilməyəcəyim bir şeydir”.

    O bildirib ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümdə qaydalar dəyişdirildiyindən, meydanda 4 əcnəbi və 1 yerli basketbolçunun oynamasının məcburi olması onu transferlərə diqqətlə yanaşmağa vadar edir: "Şablonun yaradılması da bir layihədir. İndi büdcəni dəqiq bildiyimə görə, transferlərə daha çox vaxt ayıracağam. Çünki mənim niyyətim 6 amerikalı deyil, həm də avropalı oyunçulara sahib olmaqdır və mən avropalıdan başladım. Roke üçün bu, ona məşqində kömək edəcək bir təcrübə olacaq, əsas məqsəd budur. O, Azərbaycana həm bir oyunçu kimi, həm də bir insan kimi öyrənmək və böyümək üçün gəlir. Azərbaycan liqası 3 ildir ki, peşəkar səviyyədədir. Ona görə də bura adaptasiya olunmaq var".

    Blanko qarşısında məqsəd kimi U-20 millisinin basketbolçularından ibarət komanda yaratmaq qoyulduğunu bildirib: “Milli komandalarla gördüyüm iş çox yaxşı alındı. Federasiya məndən tanıdığım gənc oyunçuları yeni komandaya cəlb etmək üçün kömək istədi. Yeni komandam Moskva ÇSKA-sına bənzəyən komandadır. Sentyabrdan mən Roke ilə yanaşı yerli oyunçularla da məşqlərə başlamışam. Mənim 2-3 yerli oyunçum var, onlarla müqavilə bağlanılıb”.

    "Sabah"ın daha təcrübəli oyunçulardan qurulduğunu bildirən Blanko məqsədinin 1/4 finala çıxmaq və daha sonra pley-offa vəsiqə qazanmaq olduğunu vurğulayıb: "Burada hər şey yavaş prosesdə gedir. Ancaq əsas məsələ gec olsun, güc olsundur. Bütün amerikalı oyunçular yığılanda oyun sistemini müəyyənləşdirəcəyəm. Klubun məqsədi pley-offa çıxmaqdır".

    O, futbolla da məşğul olan oğlu Rokenin hansı qərar verəcəyini bilmir: "Bununla bilinəcək ki, o nə istəyir. Peşəkar olmasa da, futbola davam edib-etməyəcəyinə hələ qərar verməyib... Evdən uzaqda olmaq çətindir, xüsusən istirahət günlərində. Ancaq peşəkar olanda və belə məsuliyyətli bir işə sahib olanda bunlar unudulur. Burada Roke ilə birlikdə olmaq da mənə çox kömək edir, çünki burada tək qalmayacağam".

    O, Litvanın "Ritas" komandasında məşqçi işləyərkən ("Sabah"ın indiki baş məşqçisi Rimas Kurtinaytisin köməkçisi təyin olunub – red.) də tək qalmadığını xatırladıb: "Böyük qızım Karlota hazırda ingilis dilində "Sənaye mühəndisliyi" ixtisası üzrə təhsil alır və əsasən Litvada mənimlə birlikdə qalmağı ona bu işdə kömək etdi".

    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved