Yeni mövsümdə Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Ordu” klubu heyətini formalaşdırmaq üçün işləri davam etdirir.
Prosport.Az xəbər verir ki, debütant komanda ispaniyalı basketbolçu Roke Blanko ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
Boyu 182 sm olan oyunçunun sonuncu klubu İspaniya “Bilaqarsia”sı olub.
Qeyd edək ki, Roke Blanko debütant komandanın baş məşqçisi Alberto Blankonun oğludur.
