"Lənkəran" heyətini daha bir yerli basketbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, komanda 28 yaşlı müdafiəçi Orxan Abbasovla güclənib. 179 sm boya malik təccrübəli oyunçunun son klubu “Gəncə” olub. O, əvvəllər Rusiyanın “Simforopol”, “TimTim”, “Orlan” və “Moskva” klublarının da formasını geyinib.
Qeyd edək ki, “Lənkəran” daha əvvəl yerli basketbolçular Rəşid Abbasov, Zumrat Ankbazov, Varid Ağasızadə və Mirməcid İsmayılovu heyətinə qatıb.
