"Sabah" basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə rəqiblərini qəbul edəcəyi arena bəlli olub.
Prosport.Az xəbər verir ki, ev oyunları Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, FIBA Avropa Kubokunun qrup mərhələsinin oyunları 9, 16, 23 və 30 oktyabrda, eləcə də 6 və 13 noyabrda keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq. Komandanın hələ ki G qrupunda 1 rəqibi müəyyənləşib. Bu, 6 gün əvvəl "Sabah"ın Çempionlar Liqasının təsnifat mərhələsində Türkiyənin Antalya şəhərində 71:75 uduzduğu İsveçin "Norşöpinq Dolfins" klubudur.
"Sabah"ın daha 2 rəqibi daha sonra müəyyənləşəcək. Avropa Kubokunun təsnifat mərhələsində "Peya" (Kosovo) – "Marussi" (Yunanıstan) cütünün qalibi və təsnifat mərhələsində uduzan 3 bəxtli komandadan 1-i "Sabah"ın rəqibi olacaq. Buna sentyabrın 27-də aydınlıq gələcək.
