Qadın voleybolçulardan ibarət "Azərreyl"in yeni baş məşqçisi bəlli olub.
Prosport.Az xəbər verir ki, komanda italiyalı Paolo Tofoliyə tapşırılıb. 58 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb.
O bu postda komandanı Azərbaycan çempionu etmiş türkiyəli Cengiz Akarçeşməni əvəzləyib.
Qeyd edək ki, 2010-cu ildən məşqçilik fəaliyyətinə başlamış Paolo Tofoli İtaliyada həm qadın, həm də kişi komandaları çalışdırıb. O, voleybol oynadığı müddətdə İtaliya millisi ilə üçqat olimpiya mükafatçısı, ikiqat dünya və dördqat Avropa çempionu olub.
