Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq" - Rimas Kurtinaytis
    18.09.2024 13:23:35

    "Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik".

    Prosport.Az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında İsveç təmsilçisi "Norrçepinq Dolfins"lə oyundan sonra deyib.

    Mütəxəssis komandanın yenidən qurulduğunu bildirib: "Rəqibin oturmuş heyəti var idi. Komanda "onurğa sütunu"nu qoruyub. Bizdə isə komanda, demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Bir az zamana ehtiyacımız var. Buna baxmayaraq, düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq".

    O, rəqibin 3 xallıq atışlarda daha dəqiq oynadığını söyləyib: "İsveç klubu 3 xallıq atışlarda daha dəqiq idi. Ribaundlarda da rəqibdən geri qalırdıq. Oyun intizamı baxımından "Norrçepinq" daha yaxşı təsir bağışlayırdı. Hiss olunurdu ki, artıq uzun müddətdir bir yerdə çıxış edirlər. Oyuna çox yaxşı qoşulan Endərin zədələnməsi rotasiya imkanlarımızı azaltdı. Sona yaxın basketbolçularda yorğunluq var idi. İrəli baxmalıyıq. Mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcəyik. Bizim kimi Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar burada iştirak edəcəklər. Bu isə turnirin səviyyəsindən xəbər verir".

    R.Kurtinaytis komandanın 1/4 finala qədər gəlməsini uğur kimi qiymətləndirib: "Sabah" yeni komandadır. Bizim buralara gəlməyiniz artıq uğurdur. Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik. Hədəfimiz qrupdan çıxmaq olacaq. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək. İstənilən halda, İsveç klubu ilə görüşdə olduğu kimi, hər oyunda son saniyəyə kimi təslim olmayan, mübarizə aparan komanda görəcəksiniz".

    Qeyd edək ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan "Sabah" - "Norrçepinq Dolfins" qarşılaşması Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Cavid Hüseynov istefaya göndərildi - SON DƏQİQƏ

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved