"Abşeron" basketbol klubu yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, 2022/23 mövsümündə Gürcüstanda "Zestafoni"nin, Azərbaycanda "Olimpik Şəki"nin (indiki "Şəki") də şərəfini qorumuş Lari Robinsonla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lari Robinson NBA çempionu olan eyni adı daşıyan Lari Robinsonun oğludur.
