"Abşeron" basketbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi türkiyəli Ərhan Tokərlə 1 illik müqavilə imzalayıb.
O, bu postda 2 ildir ki, bu komandada çalışan həmyerlisi Uğur Özdəmiri əvəzləyib.
Qeyd edək ki, mütəxəssis Türkiyədə "Qalatasaray"ın aşağı yaş qrupları üzrə koordinatoru olub, "Tofaş" komandasında məşqçilik fəaliyyəti göstərib.
