Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətini gücləndirib.
Prosport.Az xəbər verir ki, komanda 2 yerli basketbolçu ilə anlaşıb. Nicat Məmmədli və Kamran İmanov mövsümün sonuna qədər "Sərhədçi"nin formasını geyinəcək.
Debütant "Lənkəran" isə Rəşid Abbasovu heyətinə qatıb. 20 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb. Abbasovun son klubu NTD olub.
Rəşid Abbasov Azərbaycanın U-18 və U-20 millisinin də formasını da geyinib.
