“Sərhədçi” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, U-18 millimizin üzvü Nicat Nəsirovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Bakı klubu daha əvvəl serbiyalı Milenko Velikoviç, amerikalılar – Sevent Vudz, Marlon Teylor, Dre Cəkson və Markeyl Lotsla anlaşıb. Həmçinin, baş məşqçi Evren Alkayaya türkiyəli Murat Öney köməkçi təyin olunub.
